Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir

Novruz bayramı münasibətilə təşkil olunan “Yeddi gözəl” muğam konserti çox gözəl keçdi. Bu qəlbin dərinliyindən gələn ənənəvi musiqi idi. Bu musiqi böyük bir regionu birləşdirir. Muğam zəngin və çətin musiqidir, onu dinlədikdə qədim İpək Yolu xəyallarda canlanır. UNESCO kimi nüfuzlu bir təşkilatın baş qərargahında belə bir konsertin təşkil olunması çox vacibdir. Burada müxtəlif ölkələrin nümayəndələri var və bu musiqinin geniş spektrdə tanınmasını təşviq edir.

Bu fikri UNESCO baş qərargahında təşkil olunmuş “Yeddi gözəl” konsertinin dinləyicisi Ann Sofi Kopən AZƏRTAC-a müsahibəsində bildirib.
“Çalışıram ki, Azərbaycan mədəniyyəti ilə bağlı təşkil olunan bütün tədbirlərdə iştirak edim. Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir. Bu konsert də çox gözəl keçdi. Burada Qafqazın, Azərbaycanın ruhunu hiss etdim”, - deyə Ann-Sofi Kopən vurğulayıb.

Xəbər 350 dəfə oxundu.