“Dərvişin qeydləri” filminin premyerası olacaq
Avqus tun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Dərvişin qeydləri” filminin premyerası olacaq. Kinostudiyadan bildiriblər ki, filmdə söhbət XIX əsrin əvvəllərində - Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən gedir.
Yeni ekran əsərinin ssenari müəllifləri Xalq artisti Eldar Quliyev və tanınmış yazıçı İlqar Fəhmi, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Kinorejissor Eldar Quliyevin quruluş verdiyi filmin çəkilişləri Bakı, Salyan və Şəkidə gerçəkləşib. Tarixi-detektiv mövzuda olan filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və gənc aktyorlar rol alıblar.


Xəbər 416 dəfə oxundu.