“Hellboy” fantastik filminin Azərbaycan dilində nümayişi keçirilib


“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2019-cu ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş fantastik janrda olan “Hellboy” filminin nümayişi baş tutub.
Tədbirin qonaqları azərbaycanlı ulduzlar, aparıcılar, rejissorlar, produserlər, bloqqerlər və KİV nümayəndələri olublar.
Kinoteatrda həmçinin DJ dinamik musiqisi ilə furşet masası, alkoqollu və alkoqolsuz içkilər təşkil olunub. “Cinemazadeh” dublyaj studiyası, “Keyf-i Dem” restoranı, Red Bull, Gəncə Şərab və “Banketnaya” araqları tədbirin təşkilində dəstək olublar. Filmi Aqil M. Quliyev, Hüsniyyə Mürvətova, Gülnarə Zülalova, Kəmalə Piriyeva, Erkin Ergin, Nəcibə Hüseynova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Emin Nəsirli və Rəhim Rəhimov səsləndiriblər. Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissor Samir Ələskərov, səs rejissoru Azad Vəliyev, səs operatoru Agaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüsser Əli-Səttar Quliyev, baş prodüsser Cəfər Axundzadə.
Filmin rejissoru Nil Marşalldır. Film haqqında qısa olaraq qeyd edək ki, Hellboy Merlinin həyat yoldaşı olan Qanlı Kraliça ilə görüşmək üçün İngiltərəyə yola düşür. Dünyanın taleyi isə bu döyüşün nəticəsindən asılıdır. “CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.


Xəbər 187 dəfə oxundu.