Erməni yoxsa türk qırğını?
Ermənilər uydurduqları soyqırım hadisəsinə dünyanı inandırmaq üçün təkcə ermənilərdən yox, həmçinin türklərin dünyada mənfi yöndən tanınmasında marağı olan Qərb dövlətlərindən də çox böyük məharətlə istifadə edirlər. Əslində, Qərb dövlətləri bu niyyətlərinə çatmaq üçün ermənilərdən alət kimi istifadə edir, eyni zamanda onlara dəstək olurlar. Türklərə qarşı yönəlmiş bu kampaniyanın bir tərəfi də erməni terror təşkilatları tərəfindən həyata keçirilən geniş miqyaslı qətliamlar haqqında olan informasiyaların məqsədli şəkildə gizlədilməsidir. Həmin türk qətliamları yalnız son dövrlərdə bəzi türk alimləri və onlarla əməkdaşlıq edən xeyli sayda bitərəf tədqiqatçı alimlər tərəfindən üzə çıxarılmışdır.
Ermənilər özləri üçün yaratdığı dumanlı pərdənin arxasında gizlənərək var gücləri ilə haray salaraq qışqırırlar ki, onlar erməniləri bir xalq kimi yer üzündən silmək niyyəti olan türklər tərəfindən qətliama və zülmə məruz qalmişlar.Türk tədqiqatçılarının araşdırmaları isə erməni yalanlarını sübut edir. Erməni azlığının comərd türklərin-səlcuqların, eləcə də Osmanlıların hökmranlığı altında, əmin-amanlıq içində necə firavan yaşamaları haqqında ətraflı məlumat var. Onlar ermənilərin, nəinki tam təhlükəsizliyini təmin etmiş, həmçinin onlara dini azadlıqlar da verilmişdir. Ermənilər isə bunun qarşılığında tabe olduqları dövlətə qarşı üsyanlar qaldırmış, mehriban yaşadıqları yüz minlərlə günahsız türkü qətlə yetirmiş, bunlardan başqa, tükləri dünyada qatil bir xalq kimi tanıtmaq üçün müxtəlif çirkin kampaniyalardan istifadə etmişlər. Əgər qeyri-türk mənşəli bitərəf tədqiqatçı alimlər qorxmayıb, öz tədqiqatlarının nəticələrini vaxtında ictimaiyyətə açıqlamış olsaydılar, türklərin ermənilər tərəfindən kütləvi qırğınlara məruz qaldıqlarına dair həqiqi faktlar çoxdan üzə çıxmış olardı. Erməni terror təşkilatları bu faktları ortaya çıxaran vicdanlı tədqiqatçılara açıq-aşkar hədə-qorxu gəlməkdən belə, çəkinmirlər. Bu alimlər, həqiqətən də, ermənilərin iç üzünü ortaya çıxaran kitablar yazmış və erməni terrorunun qurbanları olmuşlar .
Vaxt gələcək ki, böyük dövlətlərin maraqları onları ermənilərin uydurduqları oyunun heç bir həqiqətə uyğun olmadığını etiraf etməyə məcbur edəcək .

Türklərə qarşı erməni terrorunun mərhələləri

Tüklərə qarşı erməni terrorunu 3 mərhələyə bölmək olar. l mərhələ 1877-1878-ci illəri əhatə edir və Rusiya-Osmanlı müharibəsindəki osmanlıların məğlubiyyəti ilə başlayır. II mərhələ 1905-1907-ci illəri, III mərhələ 1914-cü ildən bir az əvvəl başlayır və 1918-ci ilə qədərki dövrü əhatə edir. IV mərhələ isə 1948-53-cü illərin kütləvi deportasiya dövrüdür. V mərhələ isə 1988- ci ildən başlamış və 90-cı illəri əhatə etmişdir.
Bu fəlakətin baş verməsinin başlıca məsuliyyəti Ərzurum əyalətinin erməni sakinlərinin üzərinə düşür, çünki onlar həmişə düşmən tərəfə casusluq edir və digər gizli fəaliyyətlə məşğul olurdular ki, bu da Rusiyanın Osmanlı üzərində qələbəsini qaçılmaz edirdi.Türk kişilərinin əksəriyyətinin döyüş bölgələrində olmalarından və xeyli sayda canlı itki vermələrindən sui-istifadə edərək hədsiz güclənən silahlı erməni dəstələri bölgədəki türk kəndlərinə hücumlar edirdilər. Ermənilər fürsətdən istifadə edərək bacardıqları qədər türk kəndlərini soyub taladılar. Rus zabiti, polkovnik- leytenant Tverdoxlebov 1918-ci ilin aprelində rəhbərlik etdiyi erməni dəstələri haqqında olan raportda erməniləri soyğunçuluqda, talançılıqda və zabitləri hədələməkdə ittiham edirdi. Ermənilərin türk əhalisinə qarşı vəhşiliyini əks edən bir neçə ədəbiyyat işıq üzü görmüşdür. Bu nəşrlərdən biri, Anadolu Mətbuat Birliyinin baş müdriyyəti tərəfindən çap etdirilən "Əsrimizdə ermənilərin törətdiyi qətllər " adlı monoqrafiyadır.Monoqrafiyada erməni terror təşkilatlarının 1890-cı ildən 1984-cü ilə qədər həyata keçirdiyi terror aktları və orada öldürülən türklərin siyahısı verilmişdir.Monoqrafiyada eyni zamanda bütünlüklə qılıncdan keçirilən əhalidən, kütləvi qətllərdən, kəndlərin yandırılıb dağıdılmasından geniş söhbət açılır.
Ermənilərin bu vəhşiliklərinin həyata keçirilməsində ASALA terror təşkilatı xüsusilə fərqlənirdi.Erməni missionerləri və kilsə də bu terror əməliyyatları məsələsində çox mühüm rola malik idi. Erməni xristian kilsəsi özləri tərəfindən öldürülən türklərin məsuliyyətini çox zaman türklərin üzərinə atırdılar. Məqsəd isə aydın idi....
Birinci Dünya müharibəsində Osmanlının öz xilası üçün eyni anda bir neçə cəbhədə düşmənlə vuruşmağa başı qarışdığı anda ermənilər düşmənlə əlbir olaraq, həm ön, həm də arxa cəbhədə qalan dinc əhalini qılıncdan keçirir, körpüləri dağıdır, kommunikasiya xətlərini kəsir,hərbi karvanlara hücümlar edir və digər bu kimi bəd əməllərlə Osmanlı imperiyasına xainlik edirdilər. Bir çox səbəblərə görə türklər uzun müddət ermənilərin apardıqları təbliğata qarşı əks-tədbir görə bilmədilər.Türklər yalnız 1970-1980-ci illərdə Anadolunun müxtəlif bölgələrində yüz minlərlə günahsız türkün ermənilər tərəfindən amansızlıqla qətlə yetirilməsi haqqında əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün bəzi tutarlı arqumentlər toplaya bildilər. Arqumentlər öz yaxınlarını itirmiş və kütləvi qırğınların şahidi olmuş insanların dilindən götürülmüşdü. Araşdırmalar aparıldığı iki il ərzində 200-ə qədər kütləvi məzarliq aşkar edildi və bunun kimi açılmamış məzarlıqlar yüzlərlədir. Kütləvi məzarlıqların aşkar edilməsi ilə ortaya çıxan görüntülər elektron media vasitəsilə bütün dünya ictimaiyyətinə çatdırılır. İstefada olan polkovnik-leytenant Məsud Əxtar Şeyx yazir:
“Ermənilər türklərin başına aşağıdakı müsibətləri gətirmişdilər. Türklər taxtalardan hazırlanmış baraklara salınmışdılar. Burada onlar taqətsizlikdən halsız şəkildə yerə yıxılanadək var-gücləri ilə qışqırırdılar. Həmin gecə, dəmiryolunda çalışan fəhlələrin şahidliklərinə görə, ermənilər bir -bir türklərə atəş açmağa başladılar və daha sonra isə onlar qəfildən baraklara od vurdular.
... Mən türklərin yaşadıqları yerlərə getdim, hər yerdə adamın ürəyini dağlayan eyni dəhşətli mənzərələrlə qarşılaşırdım-eyni fəryadlar, eyni gözüyaşlı qadın və uşaqlar. Bu cinayətin qurbanlarının sayı o qədər çox idi ki, mən tam məsuliyyətimlə deyə bilərəm ki, o boyda qəsəbədən cəmisi iki yüz əlliyə yaxın türk canını qurtara bilmişdi.Türklərdən bəzilərinin sağ qurtulduğunu eşidən ermənilər rus zabitlərindən onları təslim etməyi tələb etməyə başladılar. Onlar, həmçinin mənim yaşadığım evə gəlib hər yeri,o cümlədən , hətta şkafları və çarpayıların altını da axtardılar. Lakin onlar təkcə mənim türk ailəsini gizlətdiyim yeri, çardağı axtarmağı unutdular” .
Ümid edirik ki, vaxt gələcək, dünya ictimaiyyəti “erməni dramının” bütünlüklə onların özləri tərəfindən ortaya atılmış oyun olduğunu və bunların həqiqətlə heç bir əlaqəsi olmadığını etiraf edəcək. Bütün dünya biləcək ki, baş verənlər “erməni soyqırımı” yox, türklərin soyqırımından ibarət olub.

Zülfiyyə Hüseynova
ADPU-nun Tarix-Coğrafiya fakültəsinin tələbəsi



Xəbər 326 dəfə oxundu.