Qızdırmalı xəstələrə qulluq
Əziz xanımlar, bu dəfə sizə qızdırmalı xəstələrə necə qulluq etmək lazım olduğu haqda xəbər hazırlamaq qərarına gəldim. Güman edirəm ki,sizin üçün faydalı olar. Temperatur qalxandan düşənə qədər xəstələrə qulluq etmək lazımdır. Temperatur qalxmağa başladıqda xəstə titrəyir, dodaqları göyərməyə başlayır. Bu an xəstəyə rahatlıq yaratmaq,yerinə uzatmaq,üstünü qalın örtmək,ayaq tərəfə isitqaç qoymaq,qapı-pəncərəni örtmək,tünd şirinçay vermək və xəstənin pisixoloji vəziyyətinə fikir vermək lazımdır.
Həddindən artıq qızdırmalı xəstələri tək qoymaq qorxuludur. Çünki xəstə qızdırmanın təsirindən özündə olmur. Buna görə də qızdırmalı xəstələrin yanında mütləq kimsə olmalıdır.
Temperatur qalxıb-endikcə xəstə zəifləməyə başlayır. Bunun üçün xəstənin bədənin müvqavimətini artırmaq üçün ona duru, kalorili və tez həzm olunan yeməklər vermək lazımdır.
İştah azaldığı üçün xəstəni gündə 5-6 dəfə az porsiyalarla yedizdirmək lazımdır. Ən əsası çoxlu meyvə yedizdirmək, xörək duzunu azaltmaq lazımdır. Çünki bu dövürdə xəstənin ağzı, dodaqları quruyur. Dodaqlar quruduğu üçün tez-tez sulu salfetlə silmək lazımdır.
Qızdırmanı salmaq üçün ən asan üsul: xəstənin alnına və boynuna dəsmalı sirkəli su ilə isladıb soyuq kompres qoymaq lazımdır. Bundan sonra qızdırma birdən-birə düşə bilər. Qızdırmanın birdən-birə düşməsi normal hal deyil. Əgər belə hal baş versə, təyziq də birdən düşür. Təyziqi qaldırmaq və xəstəni normal vəziyyətinə qaytarmaq üçün dəri altına meraton,kafein və adrenalin vurmaq lazımdır. Körpə üşaqlara isə "Panadol" siropu vermək lazımdır. Qızdırmanı salmaq üçün dimedirol, analqin və novokain iynələri də kömək edə bilər.

Xəbər 142 dəfə oxundu.