Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbuluna başlayıb
Aprelin 29-dan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayıb. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.

Xəbər 164 dəfə oxundu.