ASAN Könüllüləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini anırlar
“ASAN xidmət” və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, Azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə silsilə tədbirləri davam etdirirlər.
Bu istiqamətdə 1 may 2019-cu il tarixindən etibarən görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində müxtəlif tədbirlər reallaşdırılır.
Tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə “Xəmsə” və "Nə, Harada, Nə zaman?" intellektual oyunları, idman yarışları, təlim, görüşlər və ekskursiyalar təşkil olunur.
Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş təqdimatlar edilir.
Layihə çərçivəsində Azərbaycan Respublikasının regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.

Nigar


Xəbər 160 dəfə oxundu.