Qvardiola ardıcıl ikinci dəfə mövsümün ən yaxşısı seçilib
İngiltərənin “Mançester Siti” futbol klubunun baş məşqçisi Xosep Qvardiola ardıcıl ikinci dəfə mövsümün ən yaxşısı seçilib. Klubun saytı xəbər verir ki, 48 yaşlı ispaniyalı mütəxəssisin çalışdırdığı komanda çempionatın son turunda “Brayton”u 4:1 hesabla məğlub edərək ardıcıl ikinci dəfə İngiltərə çempionu olub. Ötən mövsümlərdə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson və “Çelsi”nin sabiq portuqaliyalı çalışdırıcısı Joze Mourinyo da ilin yaxşısı seçiliblər.
Qeyd edək ki, Xosep Qvardiola məşqçilik karyerasına 2008-ci ildə İspaniyanın “Barselona” klubunda başlayıb.

Xəbər 88 dəfə oxundu.