İran ətrafında həlqə daralır: Putin-Pompeo görüşündə hansı razılıq əldə olunub?
Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Mayk Pompeo Soçidə keçirilən görüş zamanı İranın nüvə sazişi ətrafında yaranan vəziyyəti müzakirə ediblər. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. TRT xəbər verir ki, Amerika xarici siyasət idarəsinin rəhbəri ilk dəfə Rusiyaya səfər edib. O həmçinin rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb. "Biz Amerika administrasiyasının hərəkətlərinə qarşı kritik yanaşmamızı ortaya qoyduq" - deyə Uşakov bildirib. Onun sözlərinə görə, tərəflər söhbət zamanı İrana da çox vaxt sərf ediblər. Lakin Rusiya prezidentinin köməkçisi danışıqların detallarını açıqlamaqdan imtina edib. Putin və Pompeonun nüvə silahların ixtisar edilməsinə dair sazişi müzakirə etdiklərini bildirən Uşakov görüş zamanı Putinin ABŞ-ın İranın nüvə sazişindən çıxması mövzusunda Rusiyanın ümidlrinin puça çıxdığını söylədiyini qeyd edib. Uşakov Putinin Pompeo ilə Suriya, Əfqanıstan, İran, Liviya, Şimali Koreya və Venesyealadakı vəziyyəti də müzakirə etdiyini bildirib. Türkiyənin Rusiyadan C-400 hava müdafiə sistemi alması ilə əlaqədar məsələyə də toxunan Uşakov deyib: “Amerikalıların (C-400 sazişinin ləğvi barədə Türkiyəyə) təkidlərini bilirik. Bir neçə ay əvvəl barəsində razılıq əldə olunan sazişin həyata keçirilməsi prosesi sürətlə davam edir. Hazırda hər hansı uğursuzluq yoxdur”. Ekspertlər qeyd edir ki, Putin və Pompeo arasında keçirilən əsas məsələ İranla bağlı olub. Soçi danışıqları təxminən eyni vaxtda Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsinin İran təhdidinə qarşı bölgəyə 120 minlik qoşun göndərməyə hazırlaşdığı barədə iddianın yalan olduğunu açıqladı. Tramp bunu "Nyu-York Times" qəzetinin "ABŞ İran təhdidinə qarşı bölgəyə 120 min hərbçi göndərməyə hazırlaşır" başlıqlı xəbərinə reaksiya olaraq bildirdi. Ağ Evin həyətənidə mətbuat nümayəndələrinin suallarını cavablandıran Tramp "Nyu-York Times" qızetində dərc olunan bu xəbərlə bağlı deyib: "Nyu-York Times" yalan xəbərlər yazır. Mən bunu mütləq edərdim, lakin bunu etməyi planlaşdırmırıq. Ümidvaram ki, planlaşdırmaq məcburiyyətində də qalmarıq. Əgər, belə olsaydıq, bundan daha çox hərbçi göndərərdik". Trampın "planlaşdırdığımız təqdirdə, daha çox qoşun göndərərdik" ifadəsi ABŞ-ın İranla hərbi qarşılaşma ehtimalını gözardı etmədiyi şəklində şərh olunur. Tramp iddianı rədd etsə də, Pentaqon hələ ki susur. Daha bir maraqlə detal isə odur ki, ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün dövlət qulluqçularının İraqı tərk etməsi barədə göstəriş verib. Bu barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat yayıb. “Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün amerikalı dövlət işçilərinin, o cümlədən Bağdaddakı səfirlik və Ərbildəki konsulluq əməkdaşlarının İraqdan çıxarılması barədə göstəriş verib” – deyə diplomatik nümayəndəliyin saytında yerləşdirilən məlumatda belə deyilir. Səfirliyin məlumatına görə, viza xidmətlərinin göstərilməsi müvəqqəti olaraq dayandırılacaq. Bir qədər əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran tərəfindən hərbçilərə potensial təhlükənin artması səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini yüksəldib.

Anar

Xəbər 149 dəfə oxundu.