Öz dövlətinin əleyhinə danışan müxalifət niyə Ermənistanı tənqid etmir?!
Məlum olduğu kimi xaricdə yaşayan bir qrup mühacir, Anti-Azərbaycan şəbəkənin aktiv üzvü olan müxalifətçilər sosial şəbəkələrdə yenidən aktivlik göstərməyə başlayıblar. Ötən il prezident seçkiləri ili olması səbəbindən xaricdəki bəzi qaranlıq dairələrin ayırdıqları vəsaitlər, qrantlar üçün sino gedən bu qaragüruhçu qüvvələr aldıqları pullar hesabına aktivlik göstərərək var gücləri ilə Azərbaycan dövləti, hakimiyyəti və ümumilikdə milli dəyərlərimizə zərbə vurmağa çalışdılar. Amma bu avara gənclərin uğursuz “alət” olduğunu anlayan həmin dairələr sonda maliyyəni də azaltdılar, hətta bəzilərindən istifadə edib bir kənara tulladılar...
Bu il yenidən fəallıq göstərməyə çalışan bu söyüşcül dəstənin üzvlərinin hazırda bir məqsədi, amalı var ki, o da yeni-yeni qrant mənbələri tapmaqdır. Burada təəssüf doğuran və təhlükəli olan məqam isə odur ki, yeni mənbələrdə daha çox ermənilərə bağlı olan qrant təşkilatları, yaxud da birbaşa erməni lobbisi seçilib. Təbii ki, ermənilər üçün öz dövləti, hökuməti, xalqı əleyhinə fəaliyyət göstərmək yolu seçən adamlar gözəl şans və rahat yemdir! Hansı ağılsız erməni təşkilatı, lobbisi özlərini aşkar şəkildə təklif edən Orduxanlardan imtina edər axı? Elə Orduxankimilər də dəstək və yardımlara özünəməxsus şəkildə “təşəkkürünü” bildirir, Brüssel və s. məkanlarda məhz Ermənistan prezidenti, Ermənistanın hələ də davam edən işğalı, soyqırımı siyasətinin əleyhinə deyil, öz hökumətinin, dövlətinin əleyhinə kampaniyalar təşkil edir. Əvvəlki dönəmlərdə isə onun ermənilərin müharibədə vəhşiliklər törətməmələri ilə bağlı aşkar fikirlərini yəqin ki, unutmamısınız. Bütün bunların fonunda hələ də Azərbaycanda hansısa xırda bir məsələni, adi sosial problemi şişirdərək “dünya səviyyəli” problemə çevirməyə çalışan “iaşə müxalifəti”nin nümayəndələri, radikal müxalifətçilər özlərini xalqa təmiz adam, insanlara “canı yanan” siyasətçi kimi təqdim etməyə çalışırlar. Halbuki yuxarıda da qeyd etdiyimiz kimi, xalqa canı yanan bu neçə ildə Ermənistanın əleyhinə aksiyalar təşkil edərdi, elə Brüsseldə səfərdə olan Paşinyana protest də bilərdi. Amma harada görülüb ki, qul öz ağasına təpik ata?! “Çörəyini” yediyi lobbi təşkilatlarına bu formada anormal aksiyalar keçirməyi özlərinə mənəvi borc bilirlər. Bu günə qədər Ermənistanı və Qərbdə baş verən antidemokratik hadisələri tənqid etməyə cürəti çatmayan bu şəxslər, eləcə də onlara dəstəyini gizlətməyən bəzi müxalifət partiyaları heç şübhəsiz ki, maliyyə mənbəyinin itirilməsindən qorxurlar.
Qısası Orduxanın son “canfəşanlığı” hətta anormal şəkildə adi azərbaycanlı olan bir sürücünü aşağılayaraq təhqir etməsi onun öz millətinə, dövlətinə necə nifrətlə yanaşmasını göstərdi, sadiq qul kimi daim Anti-Azərbaycan dairələrin xidmətində olacağını nümayiş etdirdi!

Tural

Xəbər 97 dəfə oxundu.