“Nəsimi ili” çərçivəsində inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən Yasamal rayon 225 nömrəli tam orta məktəbdə “Nəsimi ili”nə həsr olunmuş inşa müsabiqəsi qalibləri mükafatlandırılıb. Kitabxanadan bildirilib ki, şagirdlərdən Əsmər Məmmədova l yerə, Nəzrin Həsənli II yerə, Zəhra Abdullayeva isə III yerə layiq görülərək fəxri fərmanla təltif olunublar. Rəfiqə Qasımova, Məhəmməd Orucov və Nəzrin Rəcəbzadə təşəkkürnamə ilə təltif olunublar. Sonda məktəbin müəllimi Şəfəq Bağırova kitabxanaçılara belə müsabiqə təşkil etdiklərinə və şagirdlərdə mütaliəyə marağı artırdıqlarına görə təşəkkürünü bildirib.

Xəbər 176 dəfə oxundu.