Türkiyənin bütün terror təşkilatları ilə mübarizəsi davam edir

Milli Təhlükəsizlik Şurası “Türkiyənin bütün terror təşkilatları ilə eyni əzm və qətiyyətdə mübarizəsini davam etdirəcəyini” bildirdi.
Prezident iqamətgahında təşkil edilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan bəyanatda qeyd olunub ki, iclasda Şimali İraqda yerləşən PKK terror təşkilatına qarşı uğurlu şəkildə davam edən “Pəncə” hərəkatı ətraflı şəkildə müzakirə olundu. Türkiyənin bütün terror təşkilatları ilə keçmişdə olduğu kimi eyni əzm və qətiyyətlə mübarizəsini davam etdirəcəyi vurğulandı. Türkiyə Silahlı Qüvvələrindən hərbi dəstələrin də iştirak etdiyi “İdlib gərginliyi azaltma bölgəsi”ndə yaşayan dinc sakinlərə istiqamətli Suriya rejimi tərəfindən edilən hücumların İdlib razılaşmasına zidd olduğu və Astana ruhuna zərər verdiyi, yeni bir humanitar böhrana və kütləvi köçə mane olmaq üçün əlaqədar ölkələrlə münasibətlər davam etdirilir”.
Kıbrıs adası və ətrafında son zamanlarda baş verən hadisələrin də müzakirə olunduğu vurğulanan bəyanatda “ Türkiyə Cümhuriyyəti Dövləti Şimali Kıbrıs Türk Cümhuriyyəti ilə Kıbrıs Türk xalqının haqq və mənfəətlərini qorumaq barədəki qətiyyətli mövqeyi bir daha təsdiqlənərək, bölgəyə yönəldilmiş fitnəkar rəftarlardan və məsuliyyətsiz açıqlamalardan imtina edilməsinin vacibliyi, Türkiyənin Şərqi Aralıq dənizində beynəlxalq hüquqa uyğun fəaliyyətlərinin davam edəcəyi və bölgədə atılan qanunsuz addımlara icazə verilməyəcəyi vurğulandı” deyə qeyd edilib.

Xəbər 119 dəfə oxundu.