Misirdə terror aktı: 8 polis əməkdaşı həlak olub

Misirdə silahlı dəstənin nəzarət-buraxılış məntəqəsinə hücum etməsi nəticəsində hüquq-mühafizə orqanlarının səkkiz əməkdaşı həlak olub.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə Sinay yarımadasının şimalındakı əl-Ariş şəhəri ətrafında baş verib.
Hücumu İŞİD terror qruplaşmasının “Vilayət-e-Sina” adlı qolunun törətdiyi ehtimal olunur. Misir ordusu terrorçuların tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirir.

Xəbər 146 dəfə oxundu.