Adana kababı

Tərkibi:
700 qram dana qiymə
300 qram quzu qiymə
1 diş sarımsaq
2 ədəd quru soğan
1 ç/q istiot
1 ç/q qırmızı istiot
1 y/q acı bibər pastası
1/2 dəstə cəfəri

Hazırlanması:
Soğan və sarımsaqları çox incə formada doğrayın.
Quzu qiymə və dana qiyməsini soğan və sarımsaqla qarışdırıb yaxşıca yoğurun.
Daha sonra içinə ədviyyatları, duru yağı, bibər pastasını və cəfərini əlavə edərək yoğurmağa davam edin.
Daha sonra kababı 2-3 saat soyuducuda saxlayın.
Soba telini quyruq yağı ilə yağlayın.
Lülə kababları şişlərə düzün.
Telli soba listinin üstünə qoyun və 30 dəqiqə bişirin.

Xəbər 116 dəfə oxundu.