Ermənistan hakimiyyəti evləri uçan kəndlilərə vədlər verməkdədır

Ermənistanda kəndlərin, ümumıyyətlə, burda yaşayanların acınacaqlı vəziyyəti əhalinin kütləvi köçü ilə müşayiət olunsa da, lakin bəziləri Nikol Paşinynın verdiyi vədlərə ümid edərək hələ də gözləmə mövqeyində dayanıblar.

Belə görünür ki, artıq onların da son ümidləri səngiməkdədir. Məsələ bundadır ki, qonşu ölkələrə torpaq iddiası ilə çıxış edən miskin Ermənistan hələ də öz kəndlilərinin yaranmış problemlərini həll etməkdə acizdir.
Məsələn, Ermənistanın Araqatsotn rayonunun Hnaberd kəndində evinin uçması səbəbindən kücədə qalan Saakyanlar ailəsi 2020-ci ilin sonuna qədər harada yaşayacaqlarını hələ də müəyənləşdirə bilmırlər. Məsələ bundadır ki, dövlət hazırda köhnə bir “Jiqulu”yə sığınan erməni ailəsini 2020-ci ilin sonunda evlə təmin edəcəyinə söz verib(armeniasputnik.am).
Maraqlıdır ki, 1988-ci il zəlzələsindən sonra qəzalı vəziyyətə düşən evdə yaşamaqda davam edən Saakyanlar ailəsinin rəsmi dövlət orqanlarına etdikləri müraciətlərə dünənə, yəni ev başlarına üçdüqları günə qədər ümidlə cavab gözləməkdə idilər.
Yeri gəlmişkən, dövlətin mənzil proqramında iştirak edən ailələrin problemlərinə səlahiyyətli erməni məmurunun etirafına görə, Ermənistanda 1988-ci ildə baş verən zəlzələdən bəri hələ də 513-dən artıq erməni ailəsi hər an uçmaq təhlükəsi olan evlərdə yaşamaqda davam edirlər.
Əli

Xəbər 177 dəfə oxundu.