Rusiyada Osmanlı ordu qərargahı
Osmanlı əsgərlərinin əslinə uyğun kostyumlarını geymiş qrup üzvləri Osmanlı paşası, yeniçeri, sipahi və tacirləri təmsil edir.
Rusiyanın paytaxtı Moskvada rəmzi olaraq Osmanlı ordu qərargahı qurulub və dövrün əsgər həyatı sərgilənir. Tverskoy bulvarındakı parkda təşkil edilən "Zaman və dövr" adlı Tarixi Canlandırma Festivalında Türkiyədən də bir qrup iştirak edir. "Ordugah tarixi canlandırma” qrupu tərəfindən simvolik olaraq qurulan qərargahda Osmanlı əsgərlərinin həyatı canlandırılır, döyüş texnikaları nümayiş olunur. Osmanlı əsgərlərinin əslinə uyğun kostyumlarını geymiş qrup üzvləri Osmanlı paşası, yeniçeri, sipahi və tacirləri təmsil edir. Burada səfərdə olduqları zaman Osmanlı əsgərlərinin gün boyu nələr etdiyini izah edən canlandırmalar da var. Gördüklərini maraqla izləyən Rusiya vətəndaşları təmsili Osmanlı əsgərləri ilə fotoşəkillər çəkdirirlər.

Xəbər 277 dəfə oxundu.