İçi göbələklə doldurulmuş toyuq
Ərzaqlar:
- 1-1.2 kq toyuq
- 300 qr şampinyon
- 1 baş soğan
- 3-4 diş sarımsaq
- 2 x.q. bitki yağı, duz, istiot (zövqə görə digər ədviyyatlar)

Hazırlanması:

Soğanı xırda doğrayın, bitki yağında yumşalana qədər qızardın.
Xırda doğranmış göbələk əlavə edin, qızardın, duz istiot vurun.
Sarımsağı sarımsağəzənlə əzin, 2 x.q. bitki yağı ilə qarışdırın, duz, istiot vurun, qarışdırın.
Göbələyi toyuğun içinə doldurun, dərini tikin, ayaqları iplə bağlayın.
Toyuğun üzərinə sarımsaqlı qarışığı çəkin.
Toyuğu tavaya qoyun, əvvəlcədən 180 C qədər qızıdırılmış sobada 1, 5 saat bişirin.

Nuş olsun!

Xəbər 140 dəfə oxundu.