Masallı taekvandoçuları Beynəlxalq turnirdə 1 qızıl 2 gümüş və 1 bürünc medal qazandı
Xəbər verdiyimiz kimi 4-5 iyul 2019-cu il tarixlərdə Gürcüstanın Rustavi şəhərində Taekvando idman növü üzrə uşaqlar və yeniyetmə və gənclər arasında "Rustavi Open" Beynəlxalq turnirində rayon Gəclər və İdman İdarəsinin nəzdindəki Uşaq - gənclər İdman Məktəbinin yetidmələri də iştrak etmişlər.
Beynəlxalq turnirdə yeniyetmələr arasında tatami üzərinə çıxan idmançılarımızdan Yusif Əhmədzadə 45 kiloqram çəki dərəcəsində bütün rəqiblərindən güclü olaraq fəxri kürsünün ən yüksək billəsinə sahib olmuşdur. Digər idmançılarımızdan
Sevda Əzizova 34 kiloqram çəki dərəcəsində yeniyetmə qızlar arasında ikinci yerə, Murad Şahverdiyev 21 kiloqram çəki dərəcəsində uşaqlar arasında ikinci yerə, Rahid Vəliyev 45 kiloqram çəki dərəcəsində gənclər arasında üçüncü yerə layiq görülmüşlər..
İdmançılarımıza uğurlar arzulayırıq.
Əlihüseyn Şükürov

Xəbər 516 dəfə oxundu.