BDU-nun professoru beynəlxalq konfransda iştirak edib
Bakı Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimov Türkiyənin Erzincan şəhərində keçirilən “17th İnternational Geometry Symposium” adlı konfransda iştirak edib. Müxtəlif ölkələrdən 200-ə yaxın həndəsə alimlərinin iştirak etdiyi tədbirdə “Holomorphic manifolds over algebras and their applications” mövsuzunda məruzə ilə çıxış edən Arif Səlimov, eyni, zamanda, konfransın Elm Komitəsinin üzvü seçilib. Professor Arif Səlimov məruzəsində differensial-həndəsi obyektlərin lift problemlərinə cəbrlər üzərində qurulmuş çoxobrazlıların vasitəsilə yeni yaxınlaşma metodundan bəhs edib. Məruzə üzrə diskussiyalarda rumıniyalı professor C.-L.Bejan, türkiyəli professor H.Hacısalihoğlu və başqaları iştirak edib, gələcəkdə bu istiqamətdə ortaq işbirliyi təklif ediblər. Dr. Furkan Yıldırım məruzənin mövzusu ilə əlaqəli hazırlayacağı "TÜBİTAK 1001" layihəsinə Arif Səlimovu xarici elmi məsləhətçi kimi dəvət edib.
Qeyd edək ki, məruzənin bir hissəsi A.Səlimovun “Clarivate Analytics” bazasına daxil olan “Chin. Ann. Math. Ser. B” və “Mediterr. J. Math." jurnallarında 2019-cu ildə çap olunmuş məqalələri əsasında hazırlanıb.

Tural

Xəbər 121 dəfə oxundu.