“Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” monoqrafiyasının təqdimatı olub

İyulun 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dəstəyi ilə “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” monoqrafiyasının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər məhz Ulu Öndərin düşünülmüş siyasəti nəticəsində 1969-1985-ci illərdə ölkə iqtisadiyyatında yüksək artım sürətinin təmin olunduğunu bildiriblər. Universitetin professorlarının hazırladığı monoqrafiyada əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycanın iqtisadi inkişaf strategiyasının mahiyyəti, ümumi və xarakterik cəhətləri, prioritetləri barədə məlumat verilib.

Xəbər 122 dəfə oxundu.