“Səbail” klubu ilk oyunda uduzdu
Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir.
Trend-in məlumatına görə, Azərbaycan təmsilçisi "Səbail" UEFA Avropa Liqasında ilk oyununu öz meydanında Rumıniyanın "Universitatya Krayova" klubuna qarşı keçirib.
Oyun qonaqların 2:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, cavab qarşılaşması iyunun 18-i Rumıniyada keçiriləcək.

Xəbər 108 dəfə oxundu.