Xərçəng riskini artıran içkilər

Meyvə şirəsi və qazlı alkoqolsuz içkilər kimi şəkərli içkilər də xərçəng riskini artırır. BBC-nin məlumatına görə, Sorbonne Universitetinin Fransız alimləri tərəfindən aparılan araşdırmaya görə şəkərli içkilər xərçəng riskini 18% artırır. Araşdırmalar çərçivəsində xərçəng riskini artıran qrupda meyvə şirəsi, meyvəli süt, enerjili içkilər, şəkərli çay və ya qəhvənin iştirak etdiyi müəyyənləşdirilib. Alimlərə görə şəkərli içkilərn xərçəng riskini artdığına səbəb qan şəkəri səviyyəsinin artması olur.
Araşdırmanın nəticələri British Medical Journal-da dərc olunub.

Xəbər 103 dəfə oxundu.