Daşqınlar 9 nәfәrin hәyatına son qoyub

Nigeriyanın Jiqava bölgәsindә leysan yağışlarının sәbәb olduğu daşqınlar nәticәsindә doqquz nәfәr hәlak olub.
Yerli media orqanlarının yaydığı mәlumata görә, daşqınlar nәticәsindә 50 ev vә çox sayda ofis zәrәr görüb.
Tәbii fәlakәt sәbәbindәn 200 nәfәrin evsiz qaldığı vә xilasedicilәrin bölgәyә göndәrildiyi bildirilib.
Xatırladaq ki, bölgәdә keçәn il yağan leysan yağışları nәticәsindә 28 nәfәr hәlak olmuşdu.

Xəbər 130 dəfə oxundu.