Mişel Baçelet Honkonqdakı hadisәlәrlә bağlı açıqlama verdi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Honkonqda davam edәn mitinqlәrә görә narahat olduğunu vә hәr növ zorakılıq ilә hücumu qınadığını ifadә edib. BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının mәtbuat xidmәtindәn verilәn yazılı açıqlamada problemlərin sülh yolu ilə hәll edilmәsinin vacibliyi vurğulanıb.
Mişel Beçelet rәsmi şәxslәr ilә xalqa şәffaf vә әhatәli dialoqla bağlı çağırış edib.
Baçelet bildirib ki, təhlükəsizlik xidmәti әmәkdaşları xalqa bəzən gözyaşardıcı qaz vә "beynəlxalq normalara zidd olan silahlar" la müdaxilә edir. Bununla bağlı ciddi dәlillәrimiz var. Bu növ müdaxilәlәr ciddi fәsadlara sәbәb ola bilәr.
"BMT-nin İnsan Hüquqları üzrә Ali Nümayәndәliyi Honkonq rәsmilәrinә bu hadisələrin dərhal araşdırılması ilә bağlı çağırış edir’’,-deyә Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı qeyd edib.

Xəbər 138 dəfə oxundu.