Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş yarışda Masallı güləşçisi gümüş medal qazanıb
10-11 avqust 2019-cu il tarixlərdə Bakı şəhərində keçirilən Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə Açıq kubok yarışında Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin yetirməsi 2003-cü il təvəllüdlü Zəfər Cəlal oğlu Əliyev 92 kiloqram çəki dərəcəsində sərbəst güləş idman növü üzrə gümüş medalın sahibi olmuşdur.
Zəfərin məşqçi-müəllimi Təhmasib İsayevdir. Təbrik edirik!

Əlihüseyn Şükürov

Xəbər 164 dəfə oxundu.