“Twitter“ dövlət KİV-lərinin reklamını qadağan edəcək
"Twitter" internet-korporasiyası dövlət KİV-lərinin reklamını qadağan edəcək.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə internet-korporasiyanın bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Gələcəkdə biz dövlət tərəfindən nəzarətdə saxlanılan mediaşirkətlərdən reklam qəbul etməyəcəyik. Onlar "Twitter"idən istifadə edə biləcəklər, lakin reklam verə bilməyəcəklər. Bu siyasət vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən təşkilatlara və müstəqil ictimai kanallara tətbiq edilməyəcək".
Bildirilir ki, dövlət KİV-lərinin "Twitter" platformasından reklamlarını götürmək üçün 30 günləri var.

Xəbər 134 dəfə oxundu.