“Tramp və Ruhani arasında görüş ağlasığmazdır”

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-İran münasibətləri ilə bağlı yeni açıqlama verib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhaninin bir araya gəlməsinin mümkünsüzlüyünə diqqət çəkib.
Cavad Zərif Çinə reallaşdırdığı rəsmi səfər çərçivəsində İranın rəsmi informasiya agentliyi İRNA-ya müsahibəsində Emmanuel Makronın ABŞ prezidenti Tramp və İran prezidenti Ruhani arasında danışıqların aparılmasına dair hazırlıqlar edildiyi ilə bağlı sözlərinə münasibət bildirib.
Zərif: “ABŞ Prezidenti Donald Tramp ilə İran Prezidenti Həsən Ruhani arasında görüş ağlasığmazdır, ABŞ ilə ikitərəfli danışıqlar olmayacaq”.
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani bu gün açıqlamasında bildirib ki, ABŞ-ın İrana qarşı sanksiyaları davam etdikcə, regionda heç bir müsbət dəyişiklik olmayacaq. Xatırladaq ki, ABŞ 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib və bir neçə mərhələdə sanksiyalar siyahısını genişləndirib.

Xəbər 148 dəfə oxundu.