``Çoban salatı`` necә hazırlanır?
‘‘Çoban Salatı’’nın resepti belәdir:
4 ədəd pomidor
2 ədəd xiyar
3 ədəd yaşıl bibər
1 ədəd soğan
½ dәst doğranmış təzə cəfəri
5 xörək qaşığı zeytun yağı
Yarım limonun şirәsi
½ çay qaşığı duz

Hazırlanma qaydası belәdir:

Tәrәvәzlәrin qabıqlarını tәmizlәyib yuyun. Pomidoru, xiyarı vә bibәri xırda-xırda doğrayın. Soğanı ikiyә bölün vә yarım ay şәklindә doğrayın. Göyәrtini tәmizlәyib yuduqdan sonra xırda doğrayın. Orta ölçülü boşqaba doğradığınız tәrәvәzlәrin üzәrinә duz, zeytun yağı vә limon şirәsini әlavә edin. Nuş olsun!

Xəbər 161 dəfə oxundu.