Son 5 ildə 20 mindən çox gənc müəllim işə qəbul olunub
"Növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, həmin qruplarda təhsil alan uşaqların sayının isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur". Bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.
Ceyhun Bayramov qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb: "Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub".
Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib: "500-dən çox bal toplayan hər 4 abituriyentdən birinin elektron ərizəsində yazdığı ilk ixtisas müəllimlik olub. Bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir".

Nigar

Xəbər 99 dəfə oxundu.