“Türkiyə terrorla mübarizədə çox əhəmiyyətli müttəfiqdir“
NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin terrorla mübarizədə çox əhəmiyyətli müttəfiq olduğunu söylədi. Stoltenberq NATO qərargahında ABŞ-da 18 il əvvəl edilən 11 sentyabr terror hücumlarının ildönümü mərasimlərindən sonra keçirdiyi mətbuat konfransından sonra suallara cavab verib.
Stoltenberq Türkiyənin terrorla mübarizəyə necə töhfəsinin olduğuna dair suala cavabən deyib ki, Türkiyə terrorla mübarizə çərçivəsində keçmişdə də indi də çox əhəmiyyətli bir müttəfiq olub. Türkiyə xüsusilə Əfqanıstanda terrorla mübarizədə qabaqcıl biridir. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışdıq, Əfqanıstanda terrorla mübarizə mövzusundakı qətiyyətli mövqeyimizi təsdiqlədik.
Türkiyənin İraq və Suriyada terror təşkilatı DEAŞ-a qarşı mübarizə mövzusunda da əsas rol aldığını vurğulayan Stoltenberq “Türkiyənin dəstəyi və təmin etdiyi qurucu şərtlər olmadan nailiyyət əldə etmək daha çətin olardı” ifadələrini işlədib.
NATO-nun Suriyada sahədə olmadığını xatırladan Stoltenberq digər tərəfdən ABŞ və Türkiyə kimi iki NATO müttəfiqinin fəaliyyətlərini koordinasiya etməsindən və birgə addım atma yollarını axtarmalarından məmnuniyyət duyduğunu da qeyd edib.

Xəbər 117 dəfə oxundu.