Asim Xudiyev Qazaxıstan-Fransa oyununun hakim-inspektoru olacaq

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, A.Xudiyev qadınlar arasında futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan-Fransa oyununun hakim-inspektoru olacaq.
Matç oktyabrın 8-də Şimkent şəhərində keçiriləcək.

Xəbər 109 dəfə oxundu.