“Uğursuz siyasətin bütün məsuliyyəti Paşinyanın üzərinə düşür”
«Daha 8 yeni zibil maşını İrəvana çatdırılıb. Yaxın gələcəkdə bizi daha 20 maşın və 4400-ə yaxın zibil qutusu gözləyir». Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan şəxsi «Facebook» səhifəsində məlumat yayıb: “Onu da vurğulamaq istəyirəm ki, özünün mükəmməl idarəetmə bacarığını nümayiş etdirən İrəvan meri Ayk Marutyanın bundan sonra da bu bacarığının davamlı olacağına şübhə etmirəm”.
Ermənilərin ”1 in.am.” saytı Nikolun ölkədəki hər hansı bir hadisəni yenilik kimi qələmə verib xalqı sevindirməyə çalışdığını bildirsə də, eyni zamanda, Paşinyan komandasının «yaratdığı kədərli reallıqları» da ortaya qoymağa başladıqlarını etiraf edir. Sayt yazır: «Təsəvvür edirsinizmi, dərin problemlər məngənəsində çabalayan bir ölkənin baş naziri başqa işi yoxmuş kimi, şəhərin zibilyığma problemləri ilə məşğul olur. Ölkəyə gətirilən zibil qutularının sayını ətraflı şəkildə xalqa təsvir edir. Bu, əslində, Paşinyan hakimiyyətindəki çatışmazlığın əyani bir sübutudur. Bunu, təbii ki, başqa cür adlandırmaq çətindir».
Ölkədəki «məxməri inqilab»dan il yarım keçməsinə baxmayaraq , ölkədə hələ ki yararlı bir sistem yarada bilmədiyini xatırladan erməni saytı Nikol Paşinyanı İrəvanda zibiltoplama və digər bir çox problemlə məşğul olmağa məcbur olan yeganə «iş adamı» kimi təqdim edir. İrəvan və onun meri ilə bağlı problemə xüsusi diqqət ayıran sayt Paşiynanın ölkənin əsas şəhəri ilə bağlı hər hansı bir problemə cavabdeh olan həqiqi şəxs olduğunu da gizlətmir: «İrəvan meri rəsmi olaraq yerli bir idarəetmə orqanı olsa da, indi Ayk Marutyan və onun ətrafı yalnız Nikol Paşinyanın hazırkı yüksək olmayan reytinqi sayəsində hakimiyyətdə oturublur. Demək olar ki, bütün seçki kampaniyasına təkbaşına dözüb, «tab gətirən» Paşinyan cəmiyyəti seçimdən məhrum edərək «qara» və «ağ» kimi təhlükəli bir dilemma ilə üz-üzə qoydu. Bu gün İrəvanda müqəvva xərakteri daşıyıb, «şəhər meri» kimi təqdim edilən Ayk Marutyan isə, əslində, şəhərin meri yox, Nikolun müqəvva-müavinidir. Məhz buna görə də bu gün İrəvan küçələrində zibil yığnağı, nəqliyyatın işində narazılıqlar yaranıbsa, baxışlar şəhər merindən çox baş nazir Nikol Paşiyana yönəlir. Bu mənada, ölkədə baş verən hər şeyə, hətta bütün məmurların hərəkətsizliyinə görə cavab vermək məcburiyyətində qalan baş nazir təbii ki, öz reytinqini qoruyub saxlaya bilməz».
Sayt bütün bunlara rəğmən, Paşinyanın reallıqdan uzaqlaşmasını kədərli bir hal kimi təqdim edir. Sayta görə, əgər bu belə olmasaydı, Nikol yarıtmaz Ayk Marutyanı «mükəmməl idarəetmə keyfiyyətli» biri kimi təqdim etməzdi: «Aydın məsələdir ki, bu gün Paşinyanın bir il əvvəl səhv seçim etdiyini etiraf etməsi elə də asan deyil. Ona görə də, Nikol uğursuz siyasətinin tam məsuliyyətini daşımağa məhkumdur».
Ağasəf Babayev


Xəbər 440 dəfə oxundu.