İqtisadiyyat nazirinin müavinləri Saatlıda və Hacıqabulda vətəndaşları qəbul edəcəklər
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov 19 sentyabr 2019-cu il tarixində, saat 11:00-dan etibarən Saatlıda (ünvan: Saatlı şəhəri, Heydər Əliyev Meydanı, 1, Gənclər Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək.
Həmin gün nazir müavini Sahib Məmmədov isə Hacıqabulda (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi, 7, Heydər Əliyev Mərkəzi) saat 11:00-dan başlayaraq Hacıqabul rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Aran regional bölməsi (ünvan: Yevlax şəhəri, Bakı prospekti, 5, İnzibati bina, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: 022-337-82-81, mobil (055) 206 88 52, elektron poçt ünvanı: elbrus.huseynov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.


Xəbər 132 dəfə oxundu.