Türkiyənin Sudana hümanitar yardımları davam edir

Türkiyənin Sudana hümanitar yardımlarını daşıyan Türk Hava qüvvələrinə məxsus A400M tipli hərbi yük təyyarəsi, Hartum Beynəlxalq Hava lımanına endi.
Daha əvvəl bölgəyə cəlb olunan Türk Qırmızı Aypara təşkilatı mənsubu yardım dəstəsinin başçısı Serdar Yılmaz yardımların ehtiyac sahiblərinə 5 nəfərdən ibarət heyət tərəfindən çatdırılacağını bildirib.
Yılmazın sözlərinə görə Türkiyənin göndərdiyi iki yük təyyarəsində təmizlik maddələri, qida, ədyal və çadır var.

Xəbər 137 dəfə oxundu.