Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Mәclisinin 74-cü sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə sәfәr edib. Prezident Ərdoğanı JFK hava limanında Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyənin BMT-dәki daimi nümayəndəsi səfir Firudin Sinirlioğlu Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və digər rəsmi şəxslər qarşılayıblar.
Rәcәb Tayyib Ərdoğanı sәfәri çәrçivәsindә xanımı Əminə Ərdoğan, xəzinə və maliyyə naziri Berat Albayrak, milli müdafiə naziri Hulusi Akar, әtraf mühit və şəhərsalma naziri Murad Kurum, ticarәt naziri Ruhsar Pekcan, Türkiyə Prezident Aparatının Komminikasiya Şöbəsinin rəhbəri Fəxrəddin Altun və Prezident Aparatının sözçüsü İbrahim Kalın müşayiәt edirlәr.
ABŞ-da yaşayan Türkiyә vәtәndaşları prezident Rəcəb Tayyib Ərdoğanı Nyu-Yorkda böyük coşğu ilә qarşılayıblar.

Xəbər 147 dəfə oxundu.