Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun Zərgərli kəndi ərazisində Uludaş kənd sakini A.Sədullayevin idarə etdiyi “Ford” və Oğuz rayon sakini F.Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı avtomobillər toqquşub. Nəticədə F.Məmmədovun avtomobilində olan sərnişinlərdən ikisi xəsarətlə xəstəxanaya yerləşdirilib. Onlardan Ziyafət Məmmədova orada ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər 264 dəfə oxundu.