Oş şəhərində türk dünyası fotoqraflarının sərgisi açılıb
Qırğızıstanın qədim Oş şəhərindəki “Altımbek Datka” etnoqrafik kompleksində türk dünyası fotoqraflarının XVI görüşü çərçivəsində “Oş türkdilli dövlətlərin fotoqraflarının gözü ilə” adlı fotosərginin açılışı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Oş şəhərinin rəhbərliyi, Qırğızıstanın elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər. Sərginin açılışında Qırğızıstandan başqa Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Şimali Kipr, Başqırdıstan və Kabardin-Balkar respublikalarının 12 tanınmış fotoqrafı iştirak edib. Azərbaycandan bu tədbirə fotoqraf Vaqif Muqhallı qatılıb. Sərgini Oş şəhər merinin müavini Nurbek Kadırov açaraq qısa müddətdə gözəl fotoəsərlərinin yarandığını bildirib, fotoqraflara uğurlar arzulayıb.
Sərgi TÜRKSOY-un dəstəyi ilə “Oş-türk dünyasının mədəniyyət paytaxtı-2019” tədbirləri çərçivəsində keçirilir.

Xəbər 222 dəfə oxundu.