Dembelenin “El Klassiko”nu buraxacağı dəqiqləşdi
“Barselona”nın fransalı hücumçusu Usman Dembele İspaniya La Liqasının 10-cu turunda “Real”la keçiriləcək matçı buraxacaq.
Qol.az “Marca” nəşrinə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası gözlənildiyi kimi Dembeleyə 2 oyunluq cəza verib.
Buna səbəb onun “Sevilya” ilə matçda baş hakim Antonio Mateu Lahozu təhqir etməsi olub. Nəticədə Usman La Liqanın 9-cu turunda “Eybar”la, 10-cu turunda “Real”la matçlarda iştirak etməyəcək.
Qeyd edək ki, "Barselona" - "Real" görüşü oktyabrın 26-ı keçiriləcək.

Xəbər 212 dəfə oxundu.