TSQ DEAŞ ilə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusudur

Milli Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin (TSQ) DEAŞ ilə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusu olduğunu bildirdi.
Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində TSQ-nın ölkədaxili və xaricində həyata keçirdiyi əməliyyatlara dair açıqlama yer alıb.
TSQ-nın Suriyada “Fərat qalxanı” əməliyyatında sahədə DEAŞ terror təşkilatı ilə qarşı-qarşıya mübarizə aparan tək koalisiya və NATO ölkəsi ordusu olduğu vurğulanan açıqlamada bildirilib ki, DEAŞ-ın qanlı terror aktlarından ən çox zərər görən ölkələrdən biri olan Türkiyə həm ölkə daxilində, həm də sərhədlərdən kənarda bu terror təşkilatı ilə artan tempdə və şiddətdə mübarizə apardı, Fəratın şərqində də mübarizəsini davam etdirəcək.
Açıqlamada TSQ-nın “Fərat qalxanı” əməliyyatında DEAŞ-ın müqəddəs yer kimi qəbul etdiyi Dabık bölgəsini ələ keçirməsilə təşkilata ən böyük hərbi və idəoloji zərbənin endirildiyi də xatırladıldı.

Xəbər 333 dəfə oxundu.