“AtaTravel” səyahət paketi alanlara sığortanı hədiyyə edir
“AtaTravel” MMC sentyabr ayından yeni aksiyaya start verir. Bu barədə qurumdan qəzetimizə bildirilib. “AtaTravel” MMC-dən istənilən istiqamətə səyahət paketi alan müştərilərə səyahət sığortası hədiyyə ediləcək. “AtaTravel” tərəfindən təklif edilən səyahət turlarının qiyməti 220 AZN-dən başlayır. Səyahət paketlərinə aviabilet, səyahət sığortası, oteldə qalmaq, səhər yeməyi, bir günlük şəhərdə ekskursiya daxildir. Səyahət paketlərinin qiymətləri ölkələrin müxtəlifliyinə və müddətinə görə dəyişilir. “AtaSığorta” ASC tərəfindən təqdim edilən səyahət sığortası hadisəsi baş verdikdə sığortaçı zərərçəkənə tibbi, texniki, hüquqi yardım və ya başqa xidmətlərinin göstərilməsini təmin edir, müalicənin gedişinə nəzarət edir.
“AtaHolding” ASC Şirkətlər Qrupuna daxil olan “AtaTravel” MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. “AtaTravel” MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

İlkin


Xəbər 498 dəfə oxundu.