Naxçıvan mətbəxi - Qatıq aşı
Yarma və yaxud düyü suya tökülür, üzərinə yuyulub doğranmış göyərti əlavə edilib qaynadılır (göyərti quru olduqda əvvəlcədən isladılır, təzə göyərtilər isə düyü bir burum qayna­dıqdan sonra əlavə edilir). Bişdikdən sonra soyudulur, qatıq çalınıb durulaşdırılır və so­yumuş qarışığın üzərinə tökülür, duz zövqə görə vu­rulur və qarışdırılır (bəzi bölgələrdə bi­şirilmiş noxud da əlavə edilir).
Göyərti ki­mi yabanı bitkilər (pencər) - unnuca, əməköməci, gicitkən, salmanca və s., mədəni bitkilər - yarpız, ispanaq, keşniş, adi çuğundurun yaşıl yarpaqları və s. istifadə edilir. Culfa rayonunun Əbrəqunus kəndində tər­xun, əvəlik, çobankibriti də qatırlar.
Ərzaq: 4 nəfər üçün 3-4 x/q dü­yü, 4-5 dəstə göyərti, hazırlanmış qa­rışığı aça biləcək qədər qatıq

Xəbər 323 dəfə oxundu.