Rus qazının qiymətinin artırılacağı erməniləri qorxuya salıb
Ermənilərin «ArmenianReport» saytının yazdığına görə, qazın qiymətini qaldırmaqla Kreml Ermənistanda yeni hakimiyyətin siyasətinə qarşı erməni cəmiyyətində narazılığı artırmağa çalışır.
Sayt yazır ki, qarşıdan soyuq havaların gəlməsi ilə yanaşı, erməni cəmiyyətində həyəcanverici şayiələr də dolaşmaqdadır. Belə ki, şayiələrdən biri də Rusiyanın Ermənistana satdığı qazın qiyməti ilə bağlıdır. Hazırda satdığı qazın hər min kubmetri üçün Ermənistandan 163 dollar tələb edən Rusiyanın gələn ilin 1 yanvarından etibarən bu qiyməti 200 dollara qaldıracağı deyilir: «Təbii ki, hökumətin sakit görünməyə və qaz qiyməti artımının daxili istehlakçıya təsir etməyəcəyinə xalqı inandırmağa çalışmasına baxmayaraq, hələ ki, buna yalnız səriştəsiz Paşinyan və onun tərəfdarları inanırlar. Ancaq digərləri başqa cür düşünürlər. Onlar Rusiyanın qiymət siyasətinin Ermənistanı daha da zəlil günə qoyacağına əmindirlər».
Ağasəf


Xəbər 287 dəfə oxundu.