Prezident Argentinanın yeni seçilmiş Prezidentini təbrik edib
Argentina Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Alberto Fernandesə
07.11.2019 [17:24]
Hörmətli cənab Fernandes,

Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Argentina əlaqələrinin genişlənməsi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2019-cu il.

Xəbər 76 dəfə oxundu.