Van pişiyi dünyanın ən gözəl pişiyi olaraq qeydiyyata keçdi

Van “Yüzüncü Yıl Universiteti” Pişik Araşdırma və Tətbiq Mərkəzinin qoruma altına aldığı Van pişiklərindən "Su", İstanbulda təşkil edilən "Beynəlxalq Xoşbəxt Pişiklər Yarışması"nda birinci oldu.
Ünsiyyətli, ağ və ipək xəzləri, şir kimi yerişi, uzun və tüklü quyruğu, fərqli göz rəngləri və suya xüsusi əlaqə ilə yanaşma kimi xüsusiyyətlərə sahib Van pişikləri bütün yerli və xarici insanların diqqətini cəlb edir.
Van “Yüzüncü Yıl Universiteti” Pişik Araşdırma və Tətbiq Mərkəzinin qoruma altına aldığı bacı pişiklər “Su ve Başak” 2 və 3 Noyabrda İstanbulda təşkil edilən 7-ci Beynəlxalq Heyvan Məhsulları və Təchizatçıları Sərgisi çərçivəsində keçirilən Beynəlxalq Xoşbəxt Pişiklər Müsabiqəsində podiuma çıxdı.
Müsabiqədə münsiflər heyətinin ən yüksək balını toplayan pişik “Su” oldu.
Van “Yüzüncü Yıl Universiteti”nin rektoru Dr. Həmdullah Şevli jurnalistlərə açıqlamasında 15 ölkədən 200 pişik növünün iştirak etdiyi müsabiqidə pişiklərinin çempion olduğunu, bunun nəticəsində Van pişiyinin dünyanın ən gözəl pişiyi olaraq qeydiyata keçdiyini bildirib.

Xəbər 93 dəfə oxundu.