Yəməndə hökumət qüvvələri ilə Husilər arasında qarşıdurma

22 Husi öldürülüb
Yəmənin Hudeyde şəhərində isə hökumət qüvvələri ilə Husilər arasında baş verən qarşıdurmalarda 22 nəfər həyatını itirdi, 38 nəfər yaralanıb.
Yəməndə İran tərəfindən dəstəklənən Husilər Ölkənin qərbində yerləşən Əl-Muha şəhərinə silahlı pilotsuz uçuş aparatı ilə hücum təşkil ediblər. Aviahücum nəticəsində 6 dinc sakin həyatını itirib 6-sı isə yaralanıb.
Rejim qüvvələrinin sözçüsü polkovnik Vaddah Əd-Debiş hücum ilə bağlı bəyanat yayıb. Bildirib ki, Husilərin silahlı pilotsuz uçuş aparatı ilə həyata keçirdikləri hücum nəticəsində Yəmən ordusunun Taiz əyalətinin qərbində yerləşən Əl-Muhada şəhərindəki silah-sürsat anparları dağılıb. Sərhədsiz Həkimlər Xəstəxanasının yaxınlığındakı bir bina yığılıb.
Həmçinin qeyd edilib ki, atılan üç raket, Raketdən müdafiə sistemi ilə məhv edilib.
Bölgədən əldə edilən məlumata görə Yəmənin Hudeyde şəhərində isə hökumət qüvvələri ilə Husilər arasında baş verən qarşıdurmalarda 22 nəfər həyatını itirdi, 38 nəfər yaralanıb.

Ordu sözçüsü Polkovnik Vaddah Əd-Debişin sözlərinə görə qarşıdurmalar zamanı 19 adam ölüb, 34-ü yaralanıb. Atışmalarda hökumət qüvvələri mənsubu 3 nəfər həyatını itirib, 4-ü yaralanıb.

Xəbər 83 dəfə oxundu.