İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə ölən və yaralananlar olub

İranın Şərqi Azərbaycan əyalətində 5,9 bal gücündə baş vermiş zəlzələ zamanı 6 nəfər ölüb, 300 nəfərdən çox adam xəsarət alıb, 40 ev tamamilə dağılıb.
Tehran universiteti seysmologiya mərkəzinin məlumatına görə, bu axşam yerli vaxtla saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.
Zəlzələnin yerin 8 km dərinlikdə baş verdiyi bildirilib.
İran dövlət televiziyası zəlzələdə 6 nəfər öldüyünü, 300 nəfərdən çox adamın xəsarət aldığını açıqlayıb.
Zəlzələnin Ərdəbil, Zəncan və digər əyalətlərdə də hiss olunduğu bildirilib.

Xəbər 73 dəfə oxundu.