Qagik Tsarukyan: “Ermənistana investisiya yatırmaq üçün uyğun şərait yoxdur”
«Ermənistanda sərmayə qoymaq üçün müvafiq şərait yoxdur. Nikol Paşinyan ölkəni inkişaf etdimək üçün investisiya axını istəyir. Amma istəklə heç nəyi həll etmək olmur. Bunun üçün çalışmaq lazımdır».
Bu fikirləri «Çiçəklənən Ermənistan» partiyasının rəhbəri, biznesmen Qagik Sarukyan ötən gün erməni jurnalistlərinə verdiyi açıqlamada bildirib(News.am). İqtisadi inqilabın uyğun şərtlərə ehtiyacı olduğunu bildirən partiya sədri bunun Ermənistanda qonşu ölkələrdən, məsələn Gürcüstandan da yaxşı olduğunu dilə gətirib. Sarukyan Ermənistana böyük bir investisiya axınının təmin ediləcəyi təqdirdə, ölkədə vergilərin artırılması barədə düşünməyə ehtiyac olacağını bildirərək, Nikol Paşinyana bəzi məsləhətlərini də verib. Erməni partiya sədri ölkəsində hələ də hökm sürən bürokratik hallara diqqət çəkərək, Nikola ölkədə vahid pəncərə sistemi yaratmağı tövsiyə edib. Onun fikrincə, bu halda, Ermənistana sərmayə yatırmaq həvəsinə düşən investorlar elə böyük də maneə ilə rastlaşmazlar.
Sarukyan, 2009-cu ildəki iqtisadi böhran dövründə hakimiyyətə vergilərin azaldılmasının vacibliyi barədə təklif verdiyini, lakin onun bu təklifinin yerinə yetirilməməsi səbəbəindən ölkə iqtisadiyyatının uçuruma yuvarlandığını xatırladıb. Erməni iş adamının fikrincə, bəlkə də elə onun nəticəsidir ki, «erməni iqtisadiyyatı» hələ də öz yerində durmaqdadır.
Əli Babayev

Xəbər 87 dəfə oxundu.