Türkiyə Yunanıstan prezidentinin açıqlamasına sərt reaksiya göstərdi
Türkiyə Yunanıstan prezidenti Prokopis Pavlopulosun Yerevanda 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi birtərəfli, qərəzli və ədalətsiz fikirlərə kəskin etirazını ifadə edib. Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy açıqlama verib.
Hami Aksoy bildirib: “Yunanıstan tərəfi Türkiyə əleyhinə olanların yanında yer almaqda və onlara dəstək verməkdə davam edir. Yunanıstanın tarixdə türklərə və Osmanlı vətəndaşlarına qarşı törətdiyi zalımlıqlar unudulmayıb. Tarixdə olduğu kimi müasir dövrdə də, Yunanıstanda türklərə, müsəlman din xadimlərinə qarşı hətta ibadət etdikləri üçün həbs olunmaq kimi hallar vardır. Lakin Türkiyə baş verənlərdən qisasçılıq üçün deyil, sülh və qardaşlıq yolunda dərs almağın əhəmiyyətinə inanır, eyni zamanda tarixi həqiqətlərin fərqindədir. Türkiyənin 1915-ci il hadisələri ilə bağlı mövqeyi bəllidir və əlavə şərhə ehtiyac yoxdur.

Xəbər 101 dəfə oxundu.