“Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvü olmuşdur”

Türkiyənin əhəmiyyətli töhfəsinin olduğu hərbi alyans NATO-ya üzvlüyünün 68-ci ili tamam olur.
Türkiyənin əhəmiyyətli töhfəsinin olduğu hərbi alyans NATO-ya üzvlüyünün 68-ci ili tamam olur.
Türkiyənin NATO-ya üzvlüyünün ildönümü münasibətilə “Anadolu” xəbər agentiliyənə açıqlama verən Alyansın baş katibi Yens Stoltenberq “Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvü olmuşdur” deyə bildirib.
Stoltenberq Türkiyənin NATO-nun Əfqanistan, Kosova və İraq kimi missiya və əməliyyatlarına ən çox töhfə verən üzvlərdən biri olduğuna diqqət çəkərək “Orta Şərqdəki sabitsizlik, zorakılıq və qarışıqlıqdan ən çox təsirlənən və terror hücumlarına məruz qalan müttəfiq Türkiyə olub” açıqlamasını verib.
Stoltenberq “NATO üzvlüyünün ildönümündə Türkiyəyə alyansa olan qiymətli və davam edən dəstəyi üçün təşəkkür edirəm. Türkiyə NATO-nun güclü və əhəmiyyətli üzvü olmaqda davam edəcəkdir” deyib.
Qeyd edək ki, Türkiyə 1949-cu ildə Vaşinqton müqaviləsinin 12-ci qurucu üzvü tərəfindən imzalanaraq qurulan NATO-ya 1952-ci ildə üzv olub.
NATO-nun 13-cü üzvü olan Türkiyə Alyansla iştirak protokolunu 17 noyabr 1951-ci ildə imzalayıb.
Rəsmi üzvlük isə Yunanıstan ilə birlikdə 18 fevral 1952-ci ildə reallaşıb.
İkinci Dünya müharibəsindən sonra xarici siyasətlə bağlı ilkin plandaki hədəflərini Qərb aləmilə yaxınlaşma olaraq müəyyənləşdirən Türkiyə üçün 1945-ci ildə BMT qurucu üzvlüyü ilə yanaşı NATO üzvlüyü də əhəmiyyət kəsb etməyə başlayıb.

Xəbər 138 dəfə oxundu.