Dövlət Rəsm Qalereyası da bütün tədbirləri təxirə salıb

Azərbaycan Dövlət Rəsm Qalereyası COVID-19 koronovirusunun yayılmasının qarşısının alınması məqsədilə aprel ayınadək bütün tədbirləri təxirə salıb.

Qalereyadan AZƏRTAC-a bildirilib ki, ölkədə vəziyyət stabilləşəndən sonra bütün sərgi, tədbir və mühazirələr növbəti ayın müvafiq günlərində təqdim ediləcək.

Xəbər 333 dəfə oxundu.